Yanğında xəsarət alan 5 yaşlı uşaq öldü

18:23 - 11 Sentyabr 2024

Yanğında xəsarət alan 5 yaşlı uşaq öldü

Üç gün əvvəl Cəlilabadda yanıq xəsarətləri alan azyaşlı vəfat edib.

 

 Manset.az xəbər verir ki, 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakıda müalicə olunduğu xəstəxanada ölüb.

Qeyd edək ki, Cəlilabadda evdə baş verən yanğın zamanı Rüqəyya yatmış vəziyyətdə olub. Hadisə yerinə gələn FHN-in Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən xilas olunan uşaq ağır vəziyyətdə Bakıya göndərilmişdi.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin