Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA
22 Dekabr 2024
15:23 - 11 Sentyabr 2024
ABŞ-ın Çikaqo şəhərində haqsız yerə qətlə görə mühakimə olunan və həbs edilən Marsel Brauna 50 milyon dollar təzminat ödəniləcək.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşında qətldə təqsirli bilinən Braun 2018-ci ildə günahsız olduğu üzə çıxdıqdan sonra sərbəst buraxılıb.
34 yaşlı Braun azadlığa çıxdıqdan sonra açdığı məhkəmədə qalib gəlib. Müvafiq olaraq, Brauna 50 milyon dollar təzminat ödəniləcəyi bildirilirdi.
İş materiallarına görə, vəkili Braunun qətldə ittiham olunduğu məhkəmə prosesində onun hüquqlarının pozulduğunu iddia edib.
Braunun nəzarətə götürülərkən vəkil və ya ailəsi ilə danışmasına icazə verilmədiyi, Braunu dindirən səlahiyyətlilərin onu bir gün dindirərək yalan ifadə verməyə məcbur etdiyi də iş materiallarında iddia edilir.
Qərar açıqlandıqdan sonra Dirksen Federal Məhkəməsi qarşısında mətbuata açıqlama verən Braun, "Ailəm və mənim üçün ədalət nəhayət yerini tapdı" dedi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin