Türkiyə İsraillə ticarət əlaqələrini bərpa etmək üçün şərt qoydu

22:10 - 10 Sentyabr 2024

Türkiyə İsraillə ticarət əlaqələrini bərpa etmək üçün şərt qoydu

Türkiyə yalnız Qəzza zolağında atəşkəsə razılaşdıqda Fələstinə humanitar yardımların maneəsiz çıxışını təmin etdikdə İsraillə ticarət əlaqələrini kəsmək qərarına yenidən nəzər yetirəcək.

 

Manset.az xəbər verir ki, bunu Qahirədə Ərəb Dövlətləri Liqasının Xarici İşlər Nazirləri Şurasının iclasında Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Türkiyə İsrailə qarşı ticarət məhdudiyyətləri tətbiq edib, biz İsrail atəşkəslə razılaşana və Qəzzaya humanitar yardımın maneəsiz daxil olmasını təmin etməyənə qədər onunla ticarəti bərpa etməyəcəyik”, - Hakan Fidan bildirib.

Xatırladaq ki, İsrail və Türkiyə arasında münasibətlər 2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda kəskin şəkildə pisləşib.


Xəbər xətti

30 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin