Anası tərəfindən döyülən azyaşlı: "Məni dəmirlə vurub"

17:15 - 10 Sentyabr 2024

Anası tərəfindən döyülən azyaşlı:

"Anam məni dəmirlə vurub. Mən yatmışdım, qardaşım gəldi ki, oynayaq. Mən də ona cavab olaraq dedim ki, yatmışam, o da mənə qışqıraraq cavab verdi, anam da gəlib məni döydü".


Manset.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Xaçmaz rayonunun Xudat qəsəbəsinin Mahmud Əbilov küçəsində valideyni Səyyarə Qurbanova tərəfindən şiddət görən yeddi yaşlı Zəhra deyib.

Belə ki, anası ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisə nəticəsində xəstəxanaya yerləşdirilən azyaşlının vəziyyəti kafi olaraq qiymətləndirilir.

Daha ətraflı videomaterialda:

 


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin