Təcavüz səbəbindən həbs olunan oyunçu yenidən meydana qayıtdı

09:45 - 10 Sentyabr 2024

Təcavüz səbəbindən həbs olunan oyunçu yenidən meydana qayıtdı

2021-ci ildə azyaşlıya qarşı cinsi təcavüzə görə İngiltərədə 1 ildən artıq həbsdə olan Gylfi Sigurdsson Türkiyə Milli Komandasına qarşı İslandiya forması ilə meydanda iştirak edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

O, 2021-ci ildə İngiltərə Premyer Liqa komandalarından biri olan "Everton"da çıxış edərkən azyaşlını cinsi istismara məruz qoymaq iddiası ilə həbs edilib. 

Qeyd edək ki, Gylfi Sigurdsson bir ildən çox həbsxanada qalıb. Onun klubu "Everton"la müqaviləni ləğv edib.   

Bir il sonra mühakimə üçün kifayət qədər dəlil olmadığı səbəbi ilə sərbəst buraxılıb və futbola yenidən qayıdıb.

 

 

Fidan Əliyeva 

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin