Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA
21 Dekabr 2024
17:53 - 9 Sentyabr 2024
İtaliyada ictimai nəqliyyat sektorunda çalışan işçilər həmkarlar ittifaqlarının çağırışı ilə kollektiv müqavilənin yenilənməsi danışıqlarının başlanmasını tələb edərək 8 saatlıq tətilə başlayıblar.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, həmkarlar ittifaqları 31 dekabr 2023-cü ildə müddəti bitən kollektiv müqavilələrin yenilənməməsinə etiraz etdiklərini bildiriblər.
Paytaxt Romada fəaliyyətini dayandıran əməkdaşlar Apostoli meydanına toplaşaraq tələblərini bildiriblər.
İctimai nəqliyyatda tətil Roma ilə yanaşı digər şəhərlərin gündəlik fəaliyyətinə də mənfi təsir edib.
Həmçinin ölkədə 8 sentyabr dəmiryol işçiləri tətilə çıxıb, şəhərlərarası qatarların hərəkətində fasilələr yaranıb, bəziləri isə ümumiyyətlə ləğv edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin