Minlərlə insan Makron əleyhinə nümayiş keçirdi - FOTO

14:33 - 9 Sentyabr 2024

Minlərlə insan Makron əleyhinə nümayiş keçirdi - FOTO

Fransada minlərlə insan sağçı Mişel Barnyeni Baş nazir vəzifəsinə təyin edən prezident Emmanuel Makrona etiraz olaraq nümayiş keçirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxt Parisdə 26 mindən çox, ölkə üzrə isə 110 min nəfər “seçkilərin nəticələrinə məhəl qoymamaqda” ittiham etdikləri Makrona etiraz olaraq yürüş keçirib. 

Ölkə boyu 150-dən çox yerdə Makron əleyhinə nümayişlər keçirilib. Paytaxt Parisdən başqa, Renn, Nant, Nitsa, Marsel və Strasburq da nümayişlərin keçirildiyi əsas şəhərlər sırasında olub.

Xatırladaq ki, sentyabrın 5-də Fransa Prezidenti Emmanuel Makron keçmiş xarici işlər naziri Mişel Barnyeni ölkənin yeni Baş naziri təyin edib.

Fransada minlərlə insan Makron əleyhinə nümayiş keçirib

 


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin