Prezidentdən Kim Çen Ina təbrik

12:14 - 9 Sentyabr 2024

Prezidentdən Kim Çen Ina təbrik

Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Ina təbrik məktubu ünvanlayıb.

 

Manset.az xəbər verir ki, məktubun mətnində deyilir:

“Zati-aliləri,

Koreya Xalq Demokratik Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələr daha da inkişaf edəcək, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımız bundan sonra da genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin