"Beşiktaş" və "Fənərbaxça"nın oyunçusu hücuma məruz qaldı

11:43 - 9 Sentyabr 2024

Türkiyədə “Fənərbaxça”, “Başakşəhər”, “Beşiktaş” kimi komandalarda çıxış edən Josef de Souza Braziliyada oğlu ilə birlikdə hücuma məruz qalıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

De Souza bildirib ki, əlində tüfəng olan şəxs onun yanına gələrək avtomobilini, mobil telefonunu və başmaqlarını oğurlayıb.

Souzanın yaşadıqlarını izah etdiyi videonu həyat yoldaşı Danielle Arajuo sosial şəbəkədə paylaşıb.

Videoda De Souza deyir:

"Hər şeyi, maşınımı, hətta başmaqlarımı və mobil telefonumu da götürdülər. Adamın tüfəngi var idi və oğlum Nikolas yanımda idi. Nikolası maşından uzaqlaşdırmağı bacara bildim".

Braziliyalı futbolçu qorxduğunu bildirsə də, fiziki zorakılığa məruz qalmadığını da əlavə edib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

"Terliklerimi bile aldılar" Beşiktaş ve Fenerbahçe'de oynamıştı gasp edildi! - Resim: 2

"Terliklerimi bile aldılar" Beşiktaş ve Fenerbahçe'de oynamıştı gasp edildi! - Resim: 3


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin