Sənədsiz evlərlə bağlı yeni açıqlama
25 Noyabr 2024
13:55 - 9 Sentyabr 2024
Bu gün Biləsuvar rayonunda masaj edilərkən ölən iki yaşlı Nəzrinin atası danışıb.
Manset.az xəbər verir ki, uşağın atası Emin Qubadlı bildirib ki, uşaq axsadığına görə sınıq və ya çıxığın olduğunu düşünüb xəstəxanaya aparıblar.
"Rentgen müayinəsindən sonra bildirildi ki, belə bir problem yoxdur, damar dolaşması uşaqda narahatlıq yaradıb. Bundan sonra masaja görə Nərgiz İmanovanın yanına apardım və o, uşağı sağaldacağını boynuna götürdü. İkinci gün masaj zamanı uşaq ağrıdan şok keçirərək öldü".
***
10:42
Biləsuvar rayonunda faciəvi hadisə baş verib.
Manset.az xəbər verir ki, rayonun Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib.
Nəticədə 2 yaşlı N.Qubadlı ölüb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin