Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə öldü

11:36 - 8 Sentyabr 2024

Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə öldü

Ağstafada bədbəxt hadisə baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.

Kənd sakini Füzuli İsmayılov pilləkəni hasara söykəyib üzüm yığırmış. Bu zaman hasar üçub, Füzuli İsmayılov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin