İlham Əliyev rəsmiləri qəbul etdi - YENİLƏNDİ
17 Noyabr 2024
21:58 - 4 Noyabr 2021
“Azərbaycan Respublikası ilə müştərək komitənin təşkili üçün razılığa gəldik”.
Manşet.az xəbər verir ki. bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
İki qonşu ölkənin əlaqələrində bəzi məsələlərdə fikir ayrılıqlarının olmasını təbi adlandıran H.Əmir Abdullahiyan qeyd edib ki, önəmli olan odur ki, hər iki tərəf maneələri aşmaq üçün ciddi iradə ortaya qoyub.
“Mən və həmkarım cənab Ceyhun Bayramov iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı və bəzi anlaşılmazlıqları geridə qoymaq üçün davamlı olaraq bir-birimizlə əlaqədəyik və müsbət müzakirələr aparırıq”, İran XİN başçısı bildirib.
O qeyd edib ki, İran öz qonşularını öz qohumları hesab edir və qohumluq əlaqələri prinsipi ilə əlaqələrini dəyərləndirir, inkişaf etdirir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin