Putin Malayziyanın Baş naziri ilə görüşdü

17:23 - 4 Sentyabr 2024

Putin Malayziyanın Baş naziri ilə görüşdü

Rusiya Prezidenti Vladimir Putin  Malayziyanın Baş naziri Ənvər İbrahimlə görüşüb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Məlumata görə, Putinlə Ənvər İbrahim Ukrayna və Yaxın Şərqdəki münaqişələri müzakirə etmək məqsədilə görüşüb.

Həmçinin Malaziya BRİKS-ə daxil olması məsələsini də müzakirə etmək niyyətindədir.

Malayziyanın Moskvadakı səfiri Çeonq Lun Lai ölkəsinin hökumət başçısının Rusiyaya səfərini Moskva ilə Kuala-Lumpur arasında münasibətlərin dərinləşməsinin sübutu kimi qiymətləndirib.

 


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin