Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
17:22 - 4 Noyabr 2021
Azərbaycan Mərkəzi Bankı “Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıq əskinasının yenilənməsini həyata keçirib.
Manset.az xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, yeni əskinasların növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur.
“Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri - Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilib”, - deyə o, qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin