Füzulidə ilk dəfə Uşaq Yaradıcılıq Mərkəzində şagirdlər təhsilə başlayacaq

10:15 - 4 Sentyabr 2024

Füzulidə ilk dəfə Uşaq Yaradıcılıq Mərkəzində şagirdlər təhsilə başlayacaq

2024/2025-ci tədris ilindən başlayaraq Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində doğma yurdda yeni məskunlaşan uşaqlar üçün ilk dəfə davamlı incəsənət təhsilinin tədrisi təşkil olunacaq.


Mədəniyyət Nazirliyindən Manset.az-a bildirilib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində Bakı və digər rayonlardan Füzuli şəhərinə köç edən sakinlərin övladları üçün yeni tədris ilində fortepiano, qanun, qarmon, tar, violin və rəqs ixtisasları üzrə tədris həyata keçiriləcək.

Proqram çərçivəsində 24 şagird, 5 təcrübəli müəllimdən təhsil alacaq. Növbəti müddətdə şagirdlərin sayı daha da artacaq.

Qeyd edək ki, cari ilin mart ayında istifadəyə verilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Füzuli şəhərinin azyaşlı sakinlərinə yaradıcı imkanlar və incəsənət sahəsində təhsil almaq imkanı təmin etmək məqsədi ilə inşa edilib. Ötən müddət ərzində Mədəniyyət Nazirliyinin bilavasitə təşkilatçılığı ilə bu yaradıcılıq mərkəzində füzulili şagirdlər üçün müxtəlif sənət növləri üzrə təlimlər keçirilmiş, eyni zamanda Füzulidə yaşayan məktəblilər üçün yay məktəbi təşkil edilib.



Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin