Bu yaşayış məntəqələrində qaz kəsiləcək - XƏBƏRDARLIQ
21 Dekabr 2024
17:38 - 2 Sentyabr 2024
"Əgər Çinin Tayvana qarşı iddiaları ərazi bütövlüyü ilə bağlıdırsa, ÇXR hakimiyyəti 19-cu əsrdə Rusiyaya verilmiş torpaqları da geri qaytarmalıdır".
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Tayvan müxtariyyətinin prezidenti Lay Qinqde deyib.
Onun sözlərinə görə, Çin beynəlxalq nizamı dəyişmək və Qərbi Sakit okeanda “hegemonluğa” nail olmaq istəyir.
Hazırda Çin və Tayvan arasında gərginlik hökm sürür.
Çin rəsmiləri dəfələrlə bəyan ediblər ki, Tayvan məsələsi respublikanın daxili işidir və kənar müdaxilə qəbuledilməzdir.
Eyni zamanda, ABŞ adaya silah tədarükünü davam etdirir. Çin isə buna cavab olaraq Amerika hərbi sənaye şirkətlərinə və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq etməyə davam edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin