Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
12:34 - 4 Noyabr 2021
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv ediləcək.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, idarənin tabeliyindəki təhsil müəssisələri Təhsil Nazirliyinə təhvil veriləcək. Artıq bununla bağlı layihə hazırlanıb və müvafiq qurumlara təqdim edilib.
Layihəyə baxıldıqdan sonra qarşıdakı aylarda təsdiq olunacağı gözlənilir.
Qeyd edək ki, 2011-ci ilədək nazirliyin balansında olan bu sahə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. İdarənin rəisi isə Yunusov Eldar Əli oğludur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin