“İdman elmində innovasiyalar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTOLAR

12:25 - 4 Noyabr 2021

“İdman elmində innovasiyalar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTOLAR

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası “8 Noyabr - Zəfər Günü”nə həsr olunan “İdman elmində innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirir.

Manset.az xəbər verir ki, konfransın məqsədi idmanda qarşıya çıxan müxtəlif problemləri müzakirə etmək, idmanın inkişaf tendensiyalarını, innovativ idman layihələrini müəyyən etmək üçün elmi işçilərin və mütəxəssislərin səylərinin birləşdirilməsidir.Konfransın açılışı noyabrın 3-də saat 10:00-da onlayn şəkildə baş tutub. 

Konfransın açılış mərasimində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinin rektoru (ГЦОЛИФК) Tamara Mixaylova, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və Böyük Britaniyanın UCL Universitetinin professoru Maykl Pol Luzmor iştirak ediblər.

İki gün ərzində konfransda, “İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi”, “Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması” və “Bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili” bölmələrində iclaslar ADBTİA-nın akt zalında keçiriləcək.
Konfransın materialları ADBTİA-nın “Elmi Xəbərlər” jurnalında dərc ediləcək.



Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin