"Qarabağ"ın rəqibləri İsveç çempionatında növbəti oyunlarını keçirdilər

18:06 - 1 Sentyabr 2024

"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibləri "Malmö" və "Elfsborq" İsveç çempionatında növbəti oyunlarına çıxıblar.

 

Manset.az Report-a istinadən xəbər verir ki, komandalar XXI turda matçlarını müvafiq olaraq evdə və səfərdə keçiriblər.

Birincilər “Yurqorden”i dörd cavabsız qolla üstələyib. Digər kollektiv isə "Brommapoykarna” ilə heç-heçə edib - 3:3.

Qeyd edək ki, "Malmö" 48 xalla liderdir. "Elfsborq" 33 xalla 6-cı pillədə qərarlaşıb. "Qarabağ" bu klublarla oktyabrın 3-də evdə, dekabrın 11-də səfərdə oynayacaq.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin