MN-in vəzifəli şəxsi həbs edildi - Yanacaq satmaqda ittiham olunur

16:19 - 30 Avqust 2024

MN-in vəzifəli şəxsi həbs edildi - Yanacaq satmaqda ittiham olunur

Müdafiə Nazirliyinin daha bir vəzifəli şəxsi həbs edilib.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, "Bakı Korpusu"nun yanacaq xidmətinin rəisi, polkovnik Rüstəm Məmmədli Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilib.

O mənimsəmədə və rüşvətalma da təqsirləndirilib. Belə ki, onun korpusun texnikaları üçün nəzərdə tutulan yanacağı sataraq gəlir əldə edərək məniməsəməkdə ittiham olunur. İş üzrə zərərin 100 min manatdan çox olduğu qeyd edilir.

Polkovnik barəsində müstəntiqin vəsatəti əsasında məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin