Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər
26 Noyabr 2024
09:25 - 29 Avqust 2024
UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün əsas turnirinin bütün iştirakçıları müəyyənləşib.
Manset.az xəbər verir ki, turnirə vəsiqə qazanan ən son komandalar Zaqreb “Dinamo”su, Fransanın “Lill”, Serbiyanın “Srvena Zvezda” və Slovakiyanın “Slovan Bratislava” klubları olub.
UEFA Çempionlar Liqası
İtaliya: “Atalanta”, “Bolonya”, “İnter”, “Yuventus”, “Milan”
Almaniya: “Borussia Dortmund”, “Bavariya”, “Leipziq”, “Leverkuzen”, “Ştutqart”
İngiltərə: “Arsenal”, “Aston Villa”, “Liverpul”, “Mançester Siti”
İspaniya: “Atletiko Madrid”, “Barselona”, “Jirona”, “Real Madrid”
Fransa: “Brest”, “Lill”, “Monako”, PSJ
Portuqaliya: “Benfika”, “Sportinq Lissabon”
Hollandiya: “Feyenord”, PSV
Avstriya: “Salzburq”, “Sturm Qraz”
Şotlandiya: “Seltik”
Belçika: “Brüg”
Ukrayna: “Şaxtyor”
Çexiya: “Sparta”
İsveçrə: “Yanq Boys”
Xorvatiya: “Dinamo Zaqreb”
Serbiya: “Srvena Zvezda”
Slovakiya: “Slovan Bratislava”
Qeyd edək ki, bu gün keçiriləcək püşkatma mərasimində Çempionlar Liqasında yeni format tətbiq ediləcək. Püşkatmada 4 səbət olacaq və hər səbətdə 9 komanda yer alacaq. 36 komandanın iştirak edəcəyi püşkatmada komandalara hər səbətdən 2 rəqib çıxacaq. Hər klub yeni formatda 8 oyun keçirəcək - 4 ev, 4 səfər. Yekunda xal sıralaması əsasında 1/8 finala yüksələnlər, pley-off oynayanlar və turnirlə vidalaşanlar məlum olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin