"Gənclərin seçimi parlaq və işıqlı gələcəkdir" - FOTOLAR

19:46 - 28 Avqust 2024

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərlinin Saatlı Olimpiya İdman Kompleksinin stadionunda gənc seçicilər, o cümlədən idmançılar və tələbələrlə görüşü keçirilib.

 

Manset.az Yap.org.az-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bildirib ki, növbədənkənar parlament seçkilərinin ən böyük özəlliyi Azərbaycanın bütün ərazilərində keçirilməsidir. Vurğulayıb ki, seçkilərin ölkəmizin bütün ərazilərində ke¬çirilməsi hər bir azərbaycanlı üçün böyük fəxrdir. 

Deputatlığa namizəd Əziz Ələkbərli bildirib ki, uzun illər torpaq həsrəti çəkmiş seçicilərimizin bir hissəsi artıq müvəqqəti məskunlaşdıqları böl¬gələrdə deyil, öz ata-baba yurdlarında səs verəcəklər: “Bildiyimiz kimi, işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayı¬dış proqramı uğurla reallaşdırılır. Həmin ərazilərə köçənlərin sayı çoxaldıqca yeni seçki məntəqələrinin yaradılması zərurəti də artır. Bu məqsədlə həmin ərazilərdə bu il əlavə olaraq 8 yeni seçki məntəqəsi formalaşdırılıb. Bütün bu sadaladığımız məqamlara əsasən, deyə bilərik ki, növ¬bədənkənar parlament seçkiləri ölkəmizin həyatında əlamətdar ictimai-siyasi ha¬disələrdən biridir. Bu ilin əvvəlində növbədənkənar prezident seçkilərinin ölkəmizin bütün ərazisində keçirilməsinə hamımız qürurla şahidlik etdik. İndi isə parlament seçkilə¬rinin də bütün ərazilərimizdə keçirilməsi¬nin sevincini yaşayırıq”.

Təşviqat qrupunun üzvü Aqil Heydərov, görüş iştirakçısı Vüqar Məmmədov və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.

Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. 



Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin