Paşinyan amerikalı diplomatla Qarabağdan Danışdı

21:33 - 3 Noyabr 2021

Paşinyan amerikalı diplomatla Qarabağdan Danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Manşet.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Görüşdə Qarabağdakı vəziyyət və regional proseslər müzakirə olunub.

 

Tərəflər ABŞ-Ermənistan münasibətləri barədə fikir mübadiləsi aparıb. Paşinyan qeyd edib ki, ABŞ Ermənistanda hüquqi islahatların həyata keçirilməsinə, xüsusən də patrul polisinin yaradılmasına yardım edib.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin