"Spotify" və "İnstagram" arasında əməkdaşlıq - Yeni funksiya yaradılır

17:03 - 28 Avqust 2024

Rəqəmsal musiqi platforması "Spotify" məşhur sosial media platforması "İnstagram" ilə əməkdaşlığa hazırlaşır.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İki məşhur platformanın elan etdiyi funksiya ilə istifadəçilər "Spotify" hesablarını "İnstagram"a qoşaraq, oxunan mahnıları avtomatik paylaşa biləcəklər.

Belə ki, paylaşım edilən zaman şəxsin həmən an hansı musiqini dinlədiyi dəqiq göstəricilərlə bilinəcək. Bu funksiyanı aktiv edən şəxslərin "İnstagram" hesablarına daxil olduqda izləyiciləri həmən an o hansı musiqini dinləyirsə görə biləcək. 

Bu yeni funksiya tətbiq tədqiqatçısı Alessandro Paluzzi tərəfindən kəşf edilib. Paluzzi bu xüsusiyyəti insanlara "dinlədiklərini davamlı olaraq paylaşmağa" və "istədikləri zaman paylaşmağı dayandırmağa" imkan verdiyini söyləyib.

Hələlik rəsmi olaraq istifadəyə verilməyən bu funksiyanın tezliklə aktivləşməsi gözlənilir. 

 

 


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin