20 milyon manatı Azərbaycana qaytarmayan şəxslər HƏBS EDİLDİ
26 Noyabr 2024
22:07 - 27 Avqust 2024
“Sabah bizi gərgin və maraqlı oyun gözləyir. Ümidliyik. Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdir. Oyuna yaxşı hazırlaşmışıq. Sabah hər şeyi edəcəyik ki, mərhələni keçək”.
Manset.az Savash.mediaya istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsinin sabah Bakıda keçiriləcək “Dinamo” (Xorvatiya) ilə cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, Zaqreb klubu ilə birinci oyundan sonra komandanın müdafiə xətti tənqidlərə məruz qaldı. Bu tənqidlər sizə necə təsir edir?” sualına belə cavab verib: “Tənqidləri normal qarşılayırıq. Qol buraxırıqsa, müdafiənin də səhvi var. Çalışırıq ki, səhvləri təhlil edib, nəticə çıxaraq. Təzyiq yaratdığını düşünmürəm. Çünki bu da futbolun bir parçasıdır. Əsas odur ki, həmin səhvlərdən nəticə çıxaraq və növbəti oyunlarda təkrarlamayq”.
27 yaşlı müdafiəçi üzərlərində təzyiq olmadığını vurğulayıb: “Çünki artıq bir neçə turdur ki, Çempionlar Liqasında oynayırıq. Sakitik. Təcrübəmiz var. Hər kəs sakitdir, hamı inanır. Ən önəmlisi də, daha sakit olmaqdır. Özüm də yaxşıyam. Daha yaxşı oyun göstərməyə çalışacağıq”.
Qeyd edək ki, sözügedən oyun sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. “Qarabağ”la “Dinamo” arasında ilk matçda Xorvatiya klubu 3:0 hesablı qələbə qazanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin