"Sülh müqaviləsinin qarşısındakı ən böyük maneə Ermənistan konstitusiyasındakı ərazi iddialarıdır" - Nazir

20:57 - 27 Avqust 2024

Azərbaycan tərəfi Ermənistana sülh sazişi layihəsini və 5 əsas prinsipi təqdim edib.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Layihənin mühüm hissəsi danışıqlar prosesində razılaşdırılıb, lakin Ermənistan konstitusiyasında və bəzi digər normativ hüquqi tənzimləmələrdə hələ də Azərbaycana qarşı ərazi iddiaları var.

Eyni zamanda, heç kimə sirr deyil ki, Ermənistanın Türkiyəyə qarşı da ərazi iddialarının olduğu heç kimə sirr deyil.

Hazırda sülh müqaviləsinin tamamlanmasının qarşısındakı ən böyük maneə Ermənistan konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır”, - o qeyd edib.

Qeyd edək ki, C.Bayramov Ankarada işgüzar səfərdədir.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin