BMT-dən xəbərdarlıq - Bu ölkələr böyük təhlükə altındadır

17:41 - 27 Avqust 2024

BMT-dən xəbərdarlıq - Bu ölkələr böyük təhlükə altındadır

BMT-nin baş katibi Quterreş beynəlxalq ictimaiyyəti dəniz səviyyəsinin qalxması ilə bağlı xəbərdar edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Onun sözlərinə görə, Sakit okeandakı ada ölkələri ciddi təhlükə altındadır.

İqlim dəyişikliyi ilə əlaqədar okeanlarda suyun səviyyəsinin qalxmasının Sakit okean ada ölkələri üçün ciddi təhlükə yaratdığını bildirən Quterreş qalıq yanacaqlardan istifadə edərək ətraf mühitə atılan karbon emissiyalarının su səviyyəsinin artımını sürətləndirdiyini qeyd edib. 

BMT-nin baş katibi deyib ki, karbon emissiyalarının azaldılmasına birbaşa məsul olan böyük çirkləndirici şirkətlərdir. İqlim dəyişikliyi və qalıq yanacaq istehlakından qaynaqlanan ətraf mühitin çirklənməsi ilə mübarizə aparmaq üçün bu cür yanacaqlardan tamamilə qaçınılması lazım olduğunu bildirən Quterreş dünya ictimaiyyətini qalıq yanacaqlardan tez və ədalətli şəkildə ləğv etməyə çağırıb. 

Quterreş vurğulayıb ki, böyük şirkətlər və inkişaf etmiş ölkələr iqlimlə bağlı razılaşmaları yerinə yetirməli və iqlim dəyişikliyindən təsirlənən ölkələr üçün maliyyəni xeyli artırmalıdır. 

 


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin