Ermənistan Türkiyə ilə danışıqlar Aparırmı?

19:22 - 3 Noyabr 2021

Ermənistan Türkiyə ilə danışıqlar Aparırmı?

Hazırda Türkiyə ilə heç bir danışıqlar prosesi aparılmır”.

 

Manşet.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xarici nəşrlərdən birinə müsahibəsində deyib. Onun sözlərinə görə, bununla belə hökumətin proqramında Ermənistanın Türkiyə ilə sərhədləri açmaqla bağlı tənzimləmə məsələsi nəzərdə tutulur. 

 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəlki açıqlamalarında bildirmişdi ki, Türkiyə tərəfi münasibətləri tənzimləməyə və müvafiq addımlar atmağa hazır olduğu halda, Ermənistan ikitərəfli münasibətlərin qurulması imkanlarını müzakirə etməyə razıdır.

 

 


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin