"Dünya tarixi Bakı nailiyyətinə şahid oldu" - Dövlət başçısı
24 Noyabr 2024
12:30 - 27 Avqust 2024
Mərhum Xalq artisti Mirzə Babayevin adından dələduzluq edilib.
Manset.az xəbər verir ki, bu haqda onun nəvəsi Emin Babayev sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, babasına oxşayan kişi özünü onun qardaşı kimi təqdim edir və insanlardan pul istəyir:
"Diqqət! Dostlar, artıq bir neçə ildir, 4-5 olar, şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən kafe və marketlərdə özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək insanlardan müxtəlif formalarda xeyir alır. Kimdənsə pul istəyir, kimsə onun yediyi yeməyin hesabını ödəyir və sair. Təəssüf ki, bu məlumatlar mənə "postfaktum" çatır və bu dələduz eyni yerə 2-3 dəfədən çox getmir. Sonuncu dəfə bir neçə gün əvvəl 20 Yanvardakı marketdə tanış bir xanımla şəkil çəkdirib. Özü ilə Mirzə Babayevin şəklini gəzdirir, sifətdən müəyyən oxşarlığı var, ailəmiz haqqında bəzi məlumatları əzbərləyib, geyimində də çalışır ki, babama oxşasın. Onu görən olsa xahiş edirəm hansısa bəhanəsi ilə ya onun nömrəsini oyrənin, ya da səhərisi gün eyni yerdə görüş təyin edib mənə məlumat verin".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin