İki nəfəri qətlə yetirən şəxs keçmiş arvadını da öldürmək istəyirmiş

12:50 - 25 İyun 2021

İki nəfəri qətlə yetirən şəxs keçmiş arvadını da öldürmək istəyirmiş

Lənkəranda qohumlarını qətlə yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 23-də E.Fərəcovu və A.Mirzəzadəni qətlə yetirməkdə şübhəli bilinən S.Şiriyev keçmiş arvadı Ü.Abbaszadəni də öldürmək məqsədilə gəldiyi şəhərin Ş.Zahid küçəsindəki evin damında tutulub. Bu zaman müqavimət göstərsə də, o, polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Ondan lüləsi və qundağı kəsilmiş “TOZ-66” markalı ov tüfəngi götürülüb.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin