Mərakeşdə dünyanın ən böyük futbol stadionu inşa edilir

16:08 - 26 Avqust 2024

Mərakeşdə dünyanın ən böyük futbol stadionu inşa edilir

Mərakeşin Kasablanka şəhərindəki "Grand Stade Hassan" 115.000 tamaşaçı tutumu ilə dünyanın ən böyük futbol stadionu olmağa hazırlaşır.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Bu böyük layihə Mərakeşin Portuqaliya və İspaniya ilə birlikdə 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcəyi zaman tamamlanacaq.

Final matçı üçün Kasablanka seçildikdən sonra, 2023-cü ilin oktyabrında 100 hektarlıq ərazidə stadionun təməl işlərinə başlanılıb.

Qeyd edək ki, ən böyük futbol stadionu üzrə hazırkı rekord Şimali Koreyanın Pxenyan şəhərindəki 114.000 tamaşaçı tutumuna malik "Rungrado May" stadionuna məxsusdur.

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin