2025-ci ildə Azərbaycanda dolların məzənnəsi necə olacaq? - AÇIQLANDI
18 Sentyabr 2024
16:08 - 26 Avqust 2024
Mərakeşin Kasablanka şəhərindəki "Grand Stade Hassan" 115.000 tamaşaçı tutumu ilə dünyanın ən böyük futbol stadionu olmağa hazırlaşır.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu böyük layihə Mərakeşin Portuqaliya və İspaniya ilə birlikdə 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcəyi zaman tamamlanacaq.
Final matçı üçün Kasablanka seçildikdən sonra, 2023-cü ilin oktyabrında 100 hektarlıq ərazidə stadionun təməl işlərinə başlanılıb.
Qeyd edək ki, ən böyük futbol stadionu üzrə hazırkı rekord Şimali Koreyanın Pxenyan şəhərindəki 114.000 tamaşaçı tutumuna malik "Rungrado May" stadionuna məxsusdur.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin