2025-ci ildə Azərbaycanda dolların məzənnəsi necə olacaq? - AÇIQLANDI
18 Sentyabr 2024
14:06 - 26 Avqust 2024
Türkiyənin İstanbul şəhərində 30 avqust ictimai nəqliyyat pulsuz təmin ediləcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb həmin günün Türkiyədə "Zəfər Bayramı" kimi qeyd olunmasıdır.
Türkiyə rəsmilərindən verilən açıqlamada, 30 avqust şəhərdə "İstanbulkart" gediş haqqı inteqrasiyasına daxil olan avtobus, metro, tramvay və bərə kimi ictimai nəqliyyat vasitələrinin 24 saat ərzində pulsuz xidmət göstərəcəyi bildirilib.
İstanbulluların ictimai günlərdə, milli və dini bayramlarda ictimai nəqliyyatdan pulsuz istifadə edə bilməsi üçün İstanbul Böyükşəhər Bələdiyyəsinin qəbul etdiyi qərara əsasən, bu təcrübənin 2019-cu ildən bəri davam etdiyi bildirilib.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin