Bu şəhərdə ictimai nəqliyyat pulsuz olacaq - SƏBƏB

14:06 - 26 Avqust 2024

Bu şəhərdə ictimai nəqliyyat pulsuz olacaq - SƏBƏB

Türkiyənin İstanbul şəhərində 30 avqust ictimai nəqliyyat pulsuz təmin ediləcək. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb həmin günün Türkiyədə "Zəfər Bayramı" kimi qeyd olunmasıdır. 

Türkiyə rəsmilərindən verilən açıqlamada, 30 avqust şəhərdə "İstanbulkart" gediş haqqı inteqrasiyasına daxil olan avtobus, metro, tramvay və bərə kimi ictimai nəqliyyat vasitələrinin 24 saat ərzində pulsuz xidmət göstərəcəyi bildirilib.

İstanbulluların ictimai günlərdə, milli və dini bayramlarda ictimai nəqliyyatdan pulsuz istifadə edə bilməsi üçün İstanbul Böyükşəhər Bələdiyyəsinin qəbul etdiyi qərara əsasən, bu təcrübənin 2019-cu ildən bəri davam etdiyi bildirilib.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin