Azərbaycandan Fars körfəzinə dəmir yolunun çəkilişi müzakirə edilir
17 Noyabr 2024
16:22 - 3 Noyabr 2021
ABŞ prezidenti Co Bayden Ərdoğanla görüşündə iki ölkə arasında gərginlik yaranmasında Vaşinqtonun günahının olduğunu etiraf edib.
Manset.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, Ərdoğan-Baydenin görüşü barədə “Kanal7”nin Ankara nümayəndəsi Mehmet Acet belə yazıb. Səfər zamanı Ərdoğanı müşaiyət edən Acet “Yeni Şafak”a yazdığı məqalədə iki liderin görüşündən yeni detal açıqlayıb.
İkitərəfli münasibətlərdəki problemlərin olduğunu deyən Co Bayden, prezident olduğu müddətdə Türkiyə ilə münasibətləri yenidən yoluna qoyacağına söz verib. Və bu zaman Bayden çox maraqlı bir cümlə işlədib.
“Son 7 ildə prezident kürsüsündə olsaydım, bu problemlərin heç biri olmazdı” - o yazır.
Bu cümləni maraqlı edən odur ki son 7 ildə təkcə Tramp dövrü deyil, həm də Obamanın dönəminin də xatırlanmasıdır. Həmin dövrdə Baydenin dövlət başçısının köməkçisi olub.
Mehmet Acet eyni zamanda onu da əlavə edib ki, Ərdoğan-Bayden görüşündə otağa daxil olan və görüşü bitirmək barədə məlumat verən komandasına ABŞ prezidenti qaşlarını çataraq “Söhbəti davam etdirmək istəyirəm” söyləyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin