Xalq artistinin son görüntüsü sevənlərini üzdü - VİDEO
21 Dekabr 2024
12:02 - 25 Avqust 2024
Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər keçirir.
Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür.
“Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq antisosial, xoşagəlməz əməldir, qanunla qadağandır, inzibati məsuliyyət yaradır”, - deyə nazirliyin məlumatında bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin