"İlhamə Quliyeva hesab ödəməmək üçün restorana şər atdı"

15:09 - 3 Noyabr 2021

Aparıcı Elgiz Əkbər mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı etiraf edib.

 

Manset.az xəbər verir ki, Elgiz müğənninin bir dəfə restoranda etdiyi hadisəni danışıb. O bildirib ki, hesabı ödəməmək üçün İ.Quliyeva məkanı şərləyib:

 

"Hesab çox oldu. Baxdı ki, çox şey sifariş edib. Başladı yanındakına dedi ki, guya sən zəhərlənmisən, başla qusmağa. Pis oldum ki, insanlar belə qulluq edib. Yanımızda oturan da elə bil öyrənmişdi. Başladı qaytarmağa. İlhamə xanım təcili yardıma zəng vurdu ki, təcili gəlin filan restorana, burada insan ölür. Başladı qışqırmağa ki, bu nə yeməkdi. Qəfildən qapı açıldı, məkanın əməkdaşı girdi içəri ki, filankəs bildi burdasınız, bütün hesabı ödəyib. İlhamə Quliyeva qayıtdı ki, zəng edin təcili yardım gəlməsin. Yenidən yeməyə davam etdi".

 

axşam.az


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin