İlham Əliyev rəsmiləri qəbul etdi - YENİLƏNDİ
17 Noyabr 2024
10:16 - 3 Noyabr 2021
Noyabrın 2-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 60 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, monitorinq 54 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 9 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin