Talibandan rusiyalı iş adamlarına çağırış

22:05 - 22 Avqust 2024

Talibandan rusiyalı iş adamlarına çağırış

Talibanın hökumətinin Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Baradar Axund rusiyalı iş adamlarını Əfqanıstan iqtisadiyyatına investisiya yatırmağı düşünməyə çağırıb.

 

Manset.az xəbər verir ki, o, bu barədə Kabildə iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə deyib.

"Əfqanıstan hazırda çoxsaylı ticarət və investisiya imkanları təklif edir, yerli və xarici investorları bu fürsətlərdən istifadə etməyə təşviq edir. Əfqanıstan, yoxsulluğuna baxmayaraq, təbii ehtiyatlarla zəngindir və bu, onu investisiyalar üçün cəlbedici edir", - o bildirib.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin