Kəmaləddin Heydərov bu şəxsi özünə köməkçi təyin etdi

10:08 - 3 Noyabr 2021

Kəmaləddin Heydərov bu şəxsi özünə köməkçi təyin etdi

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov özünə yeni köməkçi təyin edib. 

Manset.az xəbər verir ki, Kəmaləddin Heydərovun müvafiq əmri ilə ləğv olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin sabiq rəisi Bağırov Sabir Nadir oğlu nazirin köməkçisi təyin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin oktyabrın 7-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi ləğv edilib. Bu qurumun bazasında Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb. Dövlət Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib (qaynarinfo).


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin