Yağıntılı hava nə vaxtadək davam edəcək? - Açıqlandı
26 Noyabr 2024
10:09 - 22 Avqust 2024
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının Pley Off mərhələsinin ikinci oyununda matçı azərbaycanlı hakimin idarə etməsini tələb edib.
Manset.az Baku.Ws-ə istinadən xəbər verir ki, o, bunu “Yanq Boyz”la oyunun ardınca keçirilən mətbuat konfransında deyib.
Hakim idarəçiliyini tənqid edən Okan Buruk, çoxlu kart göstərilməsinə etirazını bildirib:
"İsveçrənin qardaş ölkəsindən alman hakim təyin etdilər. Bizə azəri hakim verirlər? Hakim yəqin ki, matça öz maşını ilə gəlib. Meydanımıza azərbaycanlı hakim istəyirik ki, vəziyyəti bərabərləşdirsinlər”.
Okan Buruk qırmızı vərəqə və penalti epizodlarınl hakim ədalətsizliyinə misal çəkib:
“Top Abdülkerimin ayağından əlinə gəldi. Bəzən oyunçulardan bunu gözləyirlər, qaydalarda var, müdaxilə edəndə iki qolunu bağlayıb tullanmaq lazımdır. Ayağınızla sürüşdüyünüz zaman bir əl avtomatik olaraq açılır.
Ayağına dəydi və əlinə düşdü. Futbolçunun edə biləcəyi heç nə yoxdur. Onun kartla cəzası da çox ağır olub. Oyunçulardan robot kimi qollarını bağlamağı xahiş edəcəyik. Biz onlarla məşq edəcəyik. Əgər buna penalti və ikinci sarı vərəqədən qırmızı vərəqə deyirlərsə, düşünürəm ki, oyunçular qollarını bağlamalıdırlar".
Xatırladaq ki, ötən gecə Çempionlar Liqasının Pley Off mərhələsinin ilk oyunu çərçivəsində “Qalatasaray” “Yanq Boyz”un qonağı olub. Matç ev sahiblərinin 3-2 üstünlüyü ilə başa çatıb. “Qalatasaray”da Batşuayi 6 dəqiqəyə dubl edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin