Samuxda minik maşını dirəyə çırpıldı - Sürücü öldü

18:21 - 10 İyun 2021

Samuxda minik maşını dirəyə çırpıldı - Sürücü öldü

Samux rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Manşet.az xəbər verir ki, hadisə rayonun Sarıqamış kəndində qeydə alınıb. 1985-ci il təvəllüdlü Abbasov Loğman Əliş oğlunun idarə etdiyi minik maşını idarəetmənin itməsi nəticəsində yol kənarındakı dirəyə çırpılıb. Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.Məlumata görə, L. Abbasov ürək xəstəliyindən əziyyət çəkirmiş. Onun avtomobilin idarəetməsini də ürək tutması nəticəsində itirdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin