Ali Koça hücum edən Fatih Özkan üzr istədi

15:41 - 20 Avqust 2024

Ali Koça hücum edən Fatih Özkan üzr istədi

Trendyol Superliqasının 2-ci həftəsində oynanan "Göztəpə" - "Fənərbaxça" matçının ilk yarısında "Göztəpə" idarə heyətinin üzvü Fatih Özkan "Fənərbaxça"nın prezidenti Ali Koça hücum etmişdi. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fatih Özkan "sarı-göylülər" ictimaiyyəti və Ali Koçdan üzr istəyib .

Prokurorluqda ifadə verən Fatih Özkan əslində Ali Koçu meydançadan çıxarmaq istədiyini bildirib:

"Ali Koçu meydançadan çıxarmaq istədim. Yer yaş idi, sürətimi tənzimləyə bilmədim və istəmədən onu bərk itələdim. Ona xəsarət yetirmək fikrində deyildim" , - deyə o, özünü müdafiə edib.

Lakin bu müdafiə Özkanın məhkəmə prosesində cəzalandırılmasının qarşısını ala bilməyib. Məhkəmə Özkana ev dustaqlığı cəzasını təyin edib.

 

Fidan Əliyeva

Manşet.az

 

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin