"Qalatasaray"a "Young Boys" oyunu öncəsi ŞOK İTKİ

13:31 - 20 Avqust 2024

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında İsveçrənin "Young Boys" komandası ilə qarşılaşacaq "Qalatasaray" matç öncəsi pis xəbər alıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

 "Qalatasaray" klubundan verilən açıqlamaya görə, klubun məşhur oyunçusu Barış Alper Yılmaz matçda oynaya bilməyəcək.

"Yanq Boys" matçı öncəsi "Qalatasaray"dan Barış Alper Yılmazın açıqlaması

"Sarı-qırmızıl"arın verdiyi açıqlamada milli futbolçunun qida zəhərlənməsi səbəbindən İsveçrəyə gedən qrupda yer almadığı bildirilib:

"Ürəkbulanma, qusma və ishal şikayətləri olan və qida zəhərlənməsi aşkarlanan Barış Alper Yılmaz bu gün İsveçrəyə yollanan komandanın heyətində yer almayıb. Futbolçumuzun durumuna sabah keçiriləcək qiymətləndirmədən sonra qərar veriləcək". 

"Qalatasaray"ın "Young Boys" matçının düşərgə heyətində aşağıdakı futbolçular yer alıb:

Fernando Muslera, Kerem Aktürkoğlu, Kerem Demirbay, Mauro İcardi, Dries Mertens, Yunus Akgün, Batuhan Şen, Wilfried Zaha, Leo Dubois, Derrick Köhn, Berkan Kutlu, Günay Güvenç, Gabriel Sara, Hakim Ziyech, Elias Nelsson, Victor Lucas Torrreira, Atakan Ordu, Abdülkerim Bardakcı, Michy Batshuayi, Ali Yeşilyurt, Ali Turap Bülbül, Efe Akman, Metehan Baltacı.

 

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin