Bu xidmətlərdə ƏDV-nin 50 %-i geri qaytarılacaq
20 Noyabr 2024
20:26 - 2 Noyabr 2021
Pandemiyanın ölkəmizdə artan xətlə davam etdiyi bir vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasiyanın sürətləndirilməsi zəruridir.
Manşet.az xəbər verir ki, bunu Trend-ə infeksionist-hepatoloq Mərdan Əliyev deyib.
M. Əliyev bildirib ki, koronavirusa yoluxma artsa da əvvəlki kimi alovlanmalar gözlənilmir.
"Səbəb isə ölkəmizdə həm vaksin vurduranların, həm də xəstəliyə yoluxub-sağalanların sayı kifayət qədərdir. Hazırda koronavirusa yoluxanlar arasında peyvənd olunmayanlar və heç yoluxmayanlar üstünlük təşkil edir. Təkrar yoluxma isə çox azdır. Yaza qədər asta templə də olsa, yoluxmada artım müşahidə ediləcək. Yazdan sonra azalmalar olacaq.
Vaksin vurulandan altı ay sonra orqanizmdə anticisimlər azalır. Buna görə immunitet zəifləyir, üçüncü dozanın vurulması zərurəti yaranır. Vaksinin üçüncü dozasını vurduranların sağlamlığında müsbətə doğru ciddi fərq hiss olunur.
Belə ki, vaksinin üçüncü dozasını vurduranlar koronavirusa az yoluxur, yoluxarsa da xəstəliyi 20 dəfəyə qədər yüngül keçirirlər".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin