Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA
22 Dekabr 2024
20:57 - 19 Avqust 2024
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin Ucar rayonu, Quləbənd kənd Mədəniyyət Evində Quləbənd, Alpı və Bağırbəyli kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Manset.az xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, Yeni Azərbaycan Partiyası seçkilərə özünün ən fəal üzvləri və ali qanunverici orqanda yeni keyfiyyət dəyişiklikləri yaratmağa qadir namizədlərlə qatılır: “Ümumiyyətlə, YAP ötən müddət ərzində ölkəmizdə keçirilən bütün seçkilərdə qalib olub. Bu, onu göstərir ki, iqtidar partiyası olan YAP-ın fəaliyyəti və ümumilikdə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət xalqımız tərəfindən dəstəklənir”. O, deputatlığa namizəd Ramil Həsən haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizədi Ramil Həsən çıxışında “Yeni dövrə Yeni Azərbaycanla” şüarı altında aparılan təşviqat kampaniyası və seçki platforması barədə ətraflı məlumat verib. O, vurğulayıb ki, Azərbaycan ilk dəfə olaraq suverenliyini bərqərar edib və parlament seçkiləri ölkəmizin bütün ərazilərini əhatə edəcək: “Bu, bizim üçün böyük şərəf və qürurdur. Bu qüruru bizə yaşadan Ali Baş Komandan İlham Əliyev və qəhrəman əsgər və zabitlərimizdir. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm”.
Ramil Həsən bütün seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Nurməmməd Tağıyev, Rəna Cəfərova və şəhid atası Əli Vəliyev qeyd ediblər ki, YAP siyasi sistemin lokomotiv gücü və sütunu olaraq bu günə qədər çox böyük işlər görüb.
Çıxış edən seçicilər Ramiz Quliyev, Surxay Quliyev, Aydın Rəsulov, Orxan Xəlilzadə və şəhid anası Şahnaz Ələkbərova 1 sentyabr seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Həmçinin, görüşdə Quləbənd, Alpı və Bağırbəyli kənd seçicilərinin problemləri dinlənilib və bu problemlərin qanun çərçivəsində həlli üçün müzakirələr aparılıb.
Ramil Həsən Ucar rayonunun Qaracallı kəndində gənc yaşında haqqın rəhmətinə qovuşmuş Səriyəxanım Səmədovanın yas mərasimində iştirak edib.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd rayonun Bağırbəyli kəndində şəhid Təbriz Ehtibar oğlu Bəkirov və Alpı kəndində şəhid Fərzalı Əlimövsüm oğlu Fərzəliyevin ailələrini ziyarət edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin