"Şirkətlərimiz Azərbaycanda özlərini rahat hiss edir" Vladimir Putin

17:41 - 19 Avqust 2024

Rusiya şirkətləri Azərbaycan bazarında özlərini kifayət qədər rahat hiss edir.

 

Manset.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların yekunu üzrə mətbuata bəyanatında bildirib.

“Bunlar “LUKoil” və montaj istehsalını təşkil edən KAMAZ şirkətləri, SOLLERS, UAZ-dır. Onlar uğurla işləyirlər və inkişaf perspektivi var. Onların işləməsi üçün yaradılan şəraitə görə minnətdarıq. “Transmaşholdinq” şirkəti fevralda "Bakı Metropoliteni" üçün Rusiya vaqonlarının böyük partiyasının istehsalı üzrə daha bir müqavilə imzalayıb”, - o qeyd edib.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin