Bu yaşayış məntəqələrində qaz kəsiləcək - XƏBƏRDARLIQ
21 Dekabr 2024
15:14 - 19 Avqust 2024
Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi və Fransanın xarici işlər naziri Stefan Sejourne “The Observer” qəzetində Yaxın Şərqdəki vəziyyəti müzakirə edən məqalə yazıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Yaxın Şərqdə sülh üçün heç vaxt gec deyil, sadəcə zorakılıq dövrəsini qırmaq lazımdır” başlıqlı məqalədə iki avropalı nazir İranın istənilən hücumunun Qəzza zolağında davam edən atəşkəs danışıqlarını pozmaqdan başqa, dağıdıcı nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq ediblər.
Bir zorakılıq dövrünə şahidlik edildiyini və yanlış hesablamalar səbəbindən vəziyyətin daha da dərinləşmək və həll olunmaması riski daşıdığını bildirən nazirlər, gərginliyi artırmağa meylli olan bu dövrün siyasi həll yolunu daha da çətinləşdirdiyinə diqqət çəkiblər.
Məqalədə razılaşmanın mülki əhalinin iztirablarına son qoyacağına, təhlükəsizlik hissi yaradacağına və iki dövlətli həllə yol açacağına diqqət çəkilərək:
"Hansısa bir bəhanə və gecikmə qəbuledilməzdir. Hamımız bir araya gəlməliyik. Birləşməliyik. Sülh üçün yalnız siyasi söhətlər həll yoludur. Buna görə də biz təkcə atəşkəs istəmirik, həm də İsrail, Hizbullah və Livanı gərginliyi müəyyən edilmiş prinsiplər çərçivəsində həll etmək üçün ABŞ-nin rəhbərlik etdiyi danışıqlara qoşulmağa çağırırıq", - deyə qeyd olunub.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin