ABŞ qırıcı-bombardmançısı Rusiyanın "An-30" təyyarəsinə yaxınlaşdı

23:30 - 18 Avqust 2024

ABŞ qırıcı-bombardmançısı Rusiyanın

ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın F/A-18 qırıcı-bombardmançı təyyarəsi Suriya səmasında Rusiya Aerokosmik Qüvvələrinə məxsus "An-30" təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.

 

Manset.az bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, Homs əyalətinin Əl-Tanf rayonu üzərində 6 700 metr yüksəklikdə F/A-18 koalisiyasına məxsus qırıcı-bombardmançı təyyarənin təhlükəli yaxınlaşması baş verib.

Rusiyalı ekipaj toqquşmanın qarşısını almaq üçün dərhal lazımi tədbirlər görüb.


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin