Daha bir ölkənin paytaxtı işıqsız qaldı

00:34 - 19 Avqust 2024

Daha bir ölkənin paytaxtı işıqsız qaldı

Küveytin paytaxtında elektrik enerjisində kəsintilər qeydə alınıb. Bu, bir gün əvvəl elektrik stansiyalarına yanacaq təchizatında yaşanan fasilələrdən qaynaqlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə "KUNA" agentliyi məlumat yayıb.

Küveytin Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyi Subiya və Qərbi Doha bölgələrindəki kəsintilərin, bir neçə generasiya qurğusunun və duzsuzlaşdırma stansiyalarının fəaliyyətinin dayandırılmasına səbəb olduğunu bildirib.

Agentlik əlavə edib ki, ölkənin enerji sisteminin sabitliyini qorumaq məqsədilə elektrik enerjisinin verilişinin məhdudlaşdırılmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, daha əvvəl Livanda elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasının 90%-nə nəzarət edən "Électricité du Liban" enerji şirkəti ölkə daxilində elektrik enerjisinin verilişinin dayandırıldığını açıqlamışdı.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin